Eldar Mahmudov şəxsiyyət vəsiqəsi ala bilmir? – Yenilənib


“Eldar Mahmudovun şəxsiyyət vəsiqəsini yeniləyə bilməməsi və ya məhdudiyyətlə üzləşməsi ilə bağlı hər hansı məlumat yoxdur”.
Yeniavaz.com
xəbər verir ki, bunu “Qafqazinfo”ya sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ailə vəkili Cavid Rzazadə deyib.
“Əgər belə məsələ olsaydı, ailə vəkili kimi mənim xəbərim olardı. Hazırda bu barədə heç bir məlumat yoxdur. Bundan əlavə, Eldar Mahmudovun ölkədən çıxışına qadağa qoyulması iddiaları da doğru deyil.
Belə bir qadağa yalnız şəxs barəsində cinayət təqibi başladıldığı halda tətbiq oluna bilər. Hazırda Eldar Mahmudovla bağlı hər hansı cinayət təqibi aparılmır”, - vəkil bildirib.

***13:25
Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova şəxsiyyət vəsiqəsinin verilmədiyi bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gununsesi.info-ya sabiq nazirin yaxın ətrafından məlumat verilib.
“Məlumata görə, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən Eldar Mahmudov onu yeniləmək istəsə də, məhdudiyyətlə üzləşib.
Buna səbəb isə Eldar Mahmudovun Baş Prokurorluqda  “MTN İşi” çərçivəsində istintaqa cəlb olunmasıdır”, - sayt yazır.
Qeyd olunub ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə Baş İstintaq İdarəsində bir neçə dəfə dindirilən Eldar Mahmudovun ölkədən çıxışına məhdudiyyət qoyulub.

DİGƏR XƏBƏRLƏR

Top