
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun daha bir vəzifəsini itirdyi bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Teleqraf” məlumat yayıb.
Bildirilib ki, o, bundan sonra Azərbaycan Şahmat Federasiyanının (AŞF) rəhbərliyində təmsil olunmayacaq.
“S.Talıbov qurumun İcraiyyə Komitəsinə keçirilən seçkilərdə namizədliyini irəli sürməyib.
AŞF-nin hazırda davam edən Konfransında İcraiyyə Komitəsi üzvlüyünə namizədlər siyahısında onun adı yoxdur. O, toplantıya da qatılmayıb”, - sayt yazır.
Qeyd edək ki, Seymur Talıbov 2021-ci ildən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsini tuturdu. Onun rəhbəri olduğu Naxçıvan Şahmat Federasiyası isə 2024-cü ildə ləğv olunub.