Rusiya nümayəndə heyəti İstanbula gəlib


Rusiya nümayəndə heyəti iyunun 2-də Ukrayna tərəfi ilə keçirilməsi planlaşdırılan danışıqlarda iştirak etmək üçün İstanbula gəlib.
​​Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS agentliyinə məlumatlı mənbə məlumat verib.
“Müzakirələr aparacaq qrup artıq İstanbuldadır”, – mənbə bildirib.
Rusiya Xarici İşlər naziri Sergey Lavrovun sözlərinə görə, prezidentin köməkçisi Vladimir Medinskinin rəhbərlik etdiyi nümayəndə heyəti danışıqlarda iştirak edəcək və böhranın əsas səbəblərini əhatə edən memorandum Ukrayna tərəfinə təqdim olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top