UEFA Çempionlar Liqasının rəmzi komandasını açıqlayıb


UEFA-nın texniki müşahidəçilər heyəti 2024/2025 mövsümünün Çempionlar Liqası üçün simvolik komandanı müəyyənləşdirib.
Yeniavaz.com
xəbər verir ki, rəmzi heyətdə ən çox futbolçu PSJ klubundan yer alıb – ümumilikdə 7 oyunçu. Bundan əlavə, “Barselona”dan 2, “Arsenal” və “İnter”dən isə hərəyə 1 futbolçu seçilib.
Rəmzi komandanın tərkibi belədir:
Qapıçı: Canluici Donnarumma (PSJ)
Müdafiəçilər: Nuno Mendeş (PSJ), Alessandro Bastoni (“İnter”), Markinyos (PSJ), Əşrəf Hakimi (PSJ)
Yarımmüdafiəçilər: Rafinya (“Barselona”), Deklan Rays (“Arsenal”), Vitinya (PSJ), Lamin Yamal (“Barselona”)
Hücumçular: Usman Dembele (PSJ), Dezir Due (PSJ)
Xatırladaq ki, PSJ bu mövsüm Çempionlar Liqasının qalibi olub. Paris təmsilçisi finalda “İnter”ə 5:0 hesabı ilə qalib gələrək turnirin kubokunu qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top