Azərbaycan minifutbol üzrə dünya çempionu oldu


Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qalibi Azərbaycan millisi olub.
Yeniavaz.com
xəbər verir ki, baş məşqçi Elşad Quliyevin rəhbərlik etdiyi komanda həlledici qarşılaşmada Macarıstan yığması ilə üz-üzə gəlib.
Final oyunu Milli Gimnastika Arenasında keçirilib və yığmamız rəqibinə 4:2 hesabı ilə qalib gələrək dünya çempionu titulunu qazanıb.
Azərbaycan komandasının qollarını Təmkin Xəlilzadə (2-ci dəqiqə), Məhəmməd Xəlilov (8-ci dəqiqə) və Rəvan Kərimov (10 və 29-cu dəqiqələr) vurublar.
Xatırladaq ki, üçüncü yer uğrunda keçirilmiş qarşılaşmada Serbiya komandası Monteneqronu 3:0 hesabı ilə məğlub edərək bürünc medallara sahib olub.

DİGƏR XƏBƏRLƏR

Top