Ağ Ev Ukraynanın hücum planından xəbərsiz olub


ABŞ administrasiyası Ukraynanın Rusiya strateji aviasiyasına qarşı planlaşdırdığı hücumdan əvvəlcədən xəbərdar olmayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
Nəşrin bildirdiyinə görə, Ağ Ev rəsmiləri Ukraynanın son hücumu ilə bağlı hər hansı açıqlama verməkdən imtina ediblər.
Bənzər məlumatı “Axios” agentliyi də yayımlayıb. Agentlik adı açıqlanmayan bir ukraynalı rəsmiyə istinadla qeyd edib ki, Vaşinqton Ukraynanın hücum niyyəti barədə əvvəlcədən məlumatlandırılmayıb.
Hazırda məsələ ilə bağlı nə ABŞ administrasiyası, nə də Ukrayna rəsmiləri əlavə açıqlama verməyiblər.

DİGƏR XƏBƏRLƏR

Top