Kəlbəcərdə traktor minaya düşüb – Sürücü xəsarət alıb


Kəlbəcərin Susuzluq kəndində mina partlayışı baş verib.
Yeniavaz.com
xəbər verir ki, hadisə kənd ərazisində traktorun hərəkəti zamanı qeydə alınıb.
Partlayış nəticəsində texnikanı idarə edən Kürdəmir rayon sakini, 1989-cu il doğumlu Rəşadət Əsədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və dərhal xəstəxanaya çatdırılıb.
Hazırda hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top