Zelenski nümayəndə heyətinin tərkibində dəyişiklik edib


Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 2-də İstanbulda keçiriləcək danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibində dəyişiklik edib.
Yeniavaz.com
xəbər verir ki, müvafiq sərəncam prezidentin rəsmi saytında dərc olunub.
Yeni qərara əsasən, bu dəfə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Mərkəzi Hüquq İdarəsinin beynəlxalq və əməliyyat hüququ şöbəsinin rəhbəri Aleksiy Malovatski görüşdə iştirak etməyəcək. Onun yerinə nümayəndə heyətinə üç yeni şəxs daxil edilib – Ali Radanın təhlükəsizlik və müdafiə sektoru orqanlarında insan hüquqları üzrə komissarının nümayəndəsi Yuri Kovbasa, Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Yevgeni Ostryanski və Silahlı Qüvvələrin Beynəlxalq Hüquq Departamentinin rəhbəri və Baş Qərargah rəisinin müavini Andrey Fomin.
Digər üzvlər əvvəlki tərkibdə qalır. Nümayəndə heyətinə yenə də müdafiə naziri Rustem Umerov rəhbərlik edəcək.
Umerov daha əvvəl bəyan etmişdi ki, Ukrayna Rusiya ilə birbaşa dialoqun əleyhinə deyil, lakin görüşdən öncə Moskvanın təqdim edəcəyi memorandumu gözləyir. Kreml nümayəndəsi Dmitri Peskov bu tələbi “qeyri-konstruktiv” adlandıraraq əsas diqqətin danışıqlar prosesinin davam etdirilməsinə yönəldilməli olduğunu vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top