
Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisindəki aerodromlara qarşı təşkil etdiyi hücumlar nəticəsində nə hərbçilər, nə də mülki şəxslər arasında itki qeydə alınmayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qurumun açıqlamasına görə, hücumlarda iştirak edən şəxslərdən bəziləri hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Hadisənin təfərrüatları barədə əlavə məlumat verilməyib.