Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib


İyunun 2-si gündüzdən 4-ü gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Yeniavaz.com
 Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata istinadən xəbər verir ki, Kəlbəcər, Laçın, Füzuli, Beyləqan, Cəbrayıl, Zəngilan, Ağdam, Ağdərə, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Qazax, Tovuz, Samux, Ağstafa, Salyan, İmişli, Sabirabad, Yevlax, Şirvan, Biləsuvar, Göyçay, Ağdaş, Ucar, Saatlı, Şamaxı, Xaçmaz, Şabran, Siyəzən, Altıağac, Şəki, Qax, Zaqatala, Balakən, Qusar, Quba, Cəlilabad, Lerik, Yardımlı, Neftçala, Masallı, Lənkəran, Astara, Naxçıvan MR-da şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Goranboy, Mingəçevir, Naftalan, Xızı, Qobustan və Hacıqabulda da şimal-qərb küləyi əsəcək, küləyin sürəti isə 20.8-28.4 m/san-dək güclənəcək.

DİGƏR XƏBƏRLƏR

Top