
Dünyada əhalinin hər 100 000 nəfərinə düşən məhbus sayına görə ən yüksək göstərici El Salvadora aiddir.
Yeniavaz.com xəbər verir ki, Beynəlxalq Penitensiar Araşdırmalar Mərkəzinin (ICPS) nəzdində fəaliyyət göstərən “World Prison Brief” portalının son məlumatına əsasən, bu ölkədə hər 100 000 nəfərə 1 609 məhbus düşür.
Siyahının növbəti yerlərində Kuba və Ruanda qərarlaşıb. ABŞ isə bu göstəriciyə görə dünyada dördüncü yerdədir. Dünyada ən çox məhbusun olduğu 10 ölkə arasında Azərbaycana qonşu olan 4 ölkə - Türkmənistan, Türkiyə, Rusiya və İran da var.
Əhalinin sayına nisbətən ən çox məhbusun olduğu ilk 10 ölkə:

Onu da qeyd edək ki, “World Prison Brief” portalının son statistik göstəricilərinə əsasən, Azərbaycanda məhbusların sayı təqribən 24 000 nəfər təşkil edir. Əhalinin sayının 10 150 000 nəfər olduğunu nəzərə alaraq hər 100 000 nəfərə düşən məhbus sayı Azərbaycanda 236 nəfər olub. Portalda qeyd olunur ki, bu göstərici ilə Azərbaycan dünyada 40–45-ci yerlərdə qərarlaşıb.