
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) bu gün Rusiyanın dörd hərbi aerodromunda genişmiqyaslı xüsusi əməliyyat həyata keçirib.
Yeniavaz.com UNİAN-a istinadən xəbər verir ki, Belaya, Dyagilevo, Olenya və İvanovo aerodromlarında hazırda yanğın müşahidə olunur.
SBU tərəfindən həyata keçirilən xüsusi əməliyyatın əsas məqsədi Rusiyanın arxa cəbhəsində yerləşən və gecələr Ukrayna şəhərlərini bombalayan strateji bombardmançı təyyarələrin sıradan çıxarılmasıdır.
Mənbələr bildirir ki, əməliyyat nəticəsində 40-dan çox hərbi təyyarə, o cümlədən A-50 radar təyyarəsi, Tu-95 və Tu-22M3 tipli bombardmançıların məhv edildiyi ehtimal olunur.
İlkin hesablamalara görə, Rusiya Hərbi Hava Qüvvələrinə bu zərbənin 2 milyard dollardan çox ziyan vurduğu bildirilir.