
Son iki həftə ərzində Qəzzaya gələn humanitar yardım buradakı əhalinin ehtiyaclarının yalnız 9%-ni ödəyir.
Yeniavaz.com WAFA agentliyinə istinadla xəbər verir ki, bunu BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) müşaviri Adnan Əbu Həsna deyib.
“Əhaliyə paylanan ərzaq səbətləri Qəzza zolağında köməyə ehtiyacı olan 2 milyondan çox insanın ehtiyaclarının yalnız kiçik bir hissəsini əhatə edir. Son 17 gündə cəmi 800 yük maşını humanitar yardımla Qəzzaya daxil olub ki, bu da əhalinin əsas ehtiyaclarının yalnız 9%-ni ödəyir. Qəzzada aclıq və qida çatışmazlığının miqyası sürətlə artır, eyni zamanda, zolaqda səhiyyə sistemi çökür və su hər yerdə çirklənir”, - UNRWA müşaviri vurğulayıb.
Bundan əlavə, Əbu Həsnanın sözlərinə görə, İsrail Fələstin anklavında UNRWA infrastrukturunu dağıtmaq üçün səylərini davam etdirir.