Ruslar Ukrayna ordusunun təlim mərkəzini “İskəndər”lə vurdu – 12 ölü var


Ruslar Dnepropetrovsk vilayətində Ukrayna Quru Qoşunlarının təlim mərkəzinin yerləşdiyi yerə raket zərbəsi endiriblər.
Yeniavaz.com
UNIAN-a istinadla xəbər verir ki, Quru Qoşunlarının nümayəndəsi Vitali Sarantsev zərbənin ilk təfərrüatları barədə danışıb.
O deyib ki, ilkin məlumata görə, ruslar mərkəzin yerləşdiyi yeri “İskəndər” raketi ilə vurublar.
“Əvvəlcədən məlumdur ki, bu, “İskəndər” olub, lakin yekun məlumat təsir sahəsi ekspertlər tərəfindən yoxlanıldıqdan sonra məlum olacaq”, - Sarantsev qeyd edib.
Qeyd olunub ki, raket zərbəsi nəticəsində 12 nəfər ölüb, 60-dan çox yaralı var.

DİGƏR XƏBƏRLƏR

Top