PSJ-nin qələbəsini qeyd edənlərdən biri öldü, 427-si saxlanıldı


PSJ-nin Çempionlar Lİqasındakı tarixi qələbəsindən sonra Eyfel qülləsi komandanın rənglərində işıqlandırılıb, həmçinin Paris küçələrində, eləcə də “Parc des Princes” stadionunun ətrafında azarkeşlər qələbəni coşqu və atəşfəşanlıqla qeyd ediblər.
Yeniavaz.com
xəbər verir ki, sosial mediada paylaşılan görüntülərdə polisin izdihamı dağıtmaq üçün gözyaşardıcı qaz və dəyənəklərdən istifadə etdiyi görünür.
Qələbəni qeyd etmək üçün Yelisey prospektinə getmək istəyən azarkeşlər şəhərətrafı vağzalda da izdiham yaradıblar.
“Le Figaro” qəzeti PSJ-nin qələbəsindən sonra Parisdə baş verən hadisələrdə azı 427 nəfərin saxlanıldığını yazıb.
Landes əyalətinin Dax şəhərində qələbəni qeyd edərkən bıçaqlanan 17 yaşlı gənc ölüb. Həmçinin Qrenobl şəhərində sürücünün idarəetməni itirərək piyadaların üstünə sürməsi nəticəsində ikisi ağır olmaqla 4 nəfər yaralanıb. Paytaxt Parisdə də azı 9 polis əməkdaşının yaralandığı bildirilir.
Qeyd edək ki, Fransa çempionu PSJ ilk dəfə Çempionlar Liqasının qalibi olub. Münhendəki “Allianz Arena”da keçirilən finalda ispaniyalı məşqçi Luis Enrikenin rəhbərlik etdiyi komanda İtaliya ikincisi “İnter”i 5:0 hesabı ilə məğlub edib.

DİGƏR XƏBƏRLƏR

Top