Hindistanda musson daşqınları nəticəsində 20 nəfər ölüb


Hindistanın bir sıra şimal-şərq ştatlarında şiddətli daşqınlar, torpaq sürüşmələri, və son üç gündə geniş dağıntılara səbəb olan musson yağışları nəticəsində 22-dən çox adam ölüb, minlərlə insan yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb.
Bildirilir ki, ən çox zərər çəkən ştatlar Mizoram, Assam, Manipur, Tripura və Arunaçal-Pradeşdir. Qeyd olunub ki, burada yollar su altında qalıb, evlər dağılıb, çoxlu sayda insan evsiz qalıb.
Hindistan Meteorologiya Departamenti ölkənin şimal-şərqindəki güclü leysan yağışları ilə bağlı xəbərdarlıq edib və yaxın günlərdə daha da güclü yağışların olacağı barədə məlumat verib.

DİGƏR XƏBƏRLƏR

Top