
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyana 50 illik yubileyi münasibətilə təbrik teleqramı göndərib.
Yeniavaz.com xəbər verir ki, mətn Kremlin saytında dərc olunub.
“Rusiya və Ermənistanı tarixən dostluq münasibətləri bağlayıb. Əminəm ki, biz birgə səylərlə bu münasibətlərin bütün sahələrdə daha da inkişafını təmin edə bilərik. Bu, şübhəsiz ki, xalqlarımızın fundamental maraqlarına cavab verir və Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və rifahın möhkəmləndirilməsinə uyğundur”, - Putin qeyd edib.
O, Paşinyana cansağlığı, xoşbəxtlik və ictimai fəaliyyətində uğurlar arzulayıb.