PSJ finalda “İnter”i darmadağın etdi – Video


Fransa çempionu PSJ ilk dəfə Çempionlar Liqasının qalibi olub.
Yeniavaz.com
xəbər verir ki, Münhendəki “Allianz Arena”da keçirilən finalda ispaniyalı məşqçi Luis Enrikenin rəhbərlik etdiyi komanda İtaliya ikincisi “İnter”i 5:0 hesabı ilə məğlub edib.
Hesabı 12-ci dəqiqədə 26 yaşlı mərakeşli müdafiəçi Əşrəf Hakimi açıb. Ötürməni 19 yaşlı fransalı hücumçu Desier Duy edib.
20-ci dəqiqədə Desier Duy parislilərin üstünlüyünü iki topa çatdırıb. 63-cü dəqiqədə o özünün ikinci, komandasının üçüncü qolunu vurub.
73-cü dəqiqədə Dembelenin ötürməsindən sonra 24 yaşlı gürcü hücumçu Xviça Kvaratsxeliya fərqlənib.
87-ci dəqiqədə Paris təmsilçisinin 5-ci qolunu 19 yaşlı fransalı yarımmüdafiəçi Seni Mayulou vurub.
Desier Duy matçın ən yaxşı oyunçusu seçilib.

DİGƏR XƏBƏRLƏR

Top