
Ukraynanın Jitomir şəhərində bir nəfər bir qrup şəxsə qumbara ataraq hadisə yerindən qaçıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Polisin Jitomir vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Partlayış nəticəsində 22-42 yaşlarında olan 6 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır, təfərrüatlar verilmir.