Fransa məhbusların sayına görə yeni rekorda imza atdı


Fransa həbsxanalardakı insanların sayında növbəti dəfə tarixi maksimumla üzləşib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.
İdarənin məlumatına görə, 2025-ci il mayın 1-nə azadlıqdan məhrumetmə yerlərində 83 681 nəfər olub - bu, tarixin ən yüksək göstəricisidir. Bu arada ölkənin penitensiar sistemi cəmi 62 570 yer üçün nəzərdə tutulub. Belə ki, cəzaçəkmə müəssisələri 133,7%, bəzi müəssisələrdə isə 200%-dən çox yüklənir.
Əvvəlki antirekord 2024-cü ilin noyabrında, məhbusların sayının ilk dəfə olaraq 80 mini keçdiyi vaxt qeydə alınıb. O vaxtdan bəri rəqəmlər artmağa davam edib. 
Fransa hakimiyyəti 2027-ci ilə qədər təxminən 15 min əlavə yer yaratmağa söz vermişdi, lakin bu planların həyata keçirilməsi gecikir.
Qeyd edək ki, Fransa Kipr və Rumıniyadan sonra Avropanın həbsxana sistemində ən kəskin problemləri olan ölkələrdən biri olaraq qalır. 
 

DİGƏR XƏBƏRLƏR

Top