13 yaşlı qızla münasibətdə oldu – 6 aylıq həbs edildi

erkən nikahlarla bağlı qanuna edilən dəyişikliklər təsdiqləndi
Yevlaxda 13 yaşlı qızla ər-arvad kimi yaşayan, onunla münasibətdə olan 19 yaşlı şəxs həbs edilib.
Yeniavaz.com
Musavat.com-a istinadən xəbər verir ki, Gülər (ad şərtidir) 8-ci sinifdə təhsil aldığı zaman 19 yaşlı Orxanla (ad şərtidir) tanış olub.
Bildirilib ki, onlar bir-birlərini sevərək birlikdə yaşamaq istəyiblər:
“Ailələr razı olsa da, qızın 13 yaşı olmasına görə toy edə bilməyiblər.
Gülər Orxanın evinə gedərək onunla yaşamaq istədiyini deyib. Həmin gündən onlar birlikdə yaşamağa başlayıblar.
Orxanın dediyinə görə, Gülərin 13 yaşı olmasını bilməyib və onun şəxsiyyət vəsiqəsini görməyib. Gülər də Orxanı günahkar biməyərək yaşını gizlətdiyini etiraf edib. Əlavə edib ki, şəxsiyyət vəsiqəsi anasında olduğu üçün Orxana göstərməyib.
Hər iki şəxsin valideynləri məhkəmədə şahid qismində dindirilib. Onlar bir-birlərindən şikayətçi olmayıb və Orxanla Gülərin birlikdə yaşamasından xəbərdar olduqlarını deyiblər.
Məhkəmə Orxanı 14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaq və seksual xarakterli digər hərəkətlər etməkdə təqsirli bilib. Hökmə əsasən, Orxan 6 ay müddətinə azadlıqdan məhrum edilib”.

DİGƏR XƏBƏRLƏR

Top