
İtaliyanın “İnter” futbol klubunun keçmiş sahibi və prezidenti Ernesto Pelleqrini 84 yaşında vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Pelleqrini 1984-cü ildə “İnter”i alıb və 11 il onun sahibi olub. 1995-ci ildə səhmlərini Massimo Morattiyə satıb. Pelleqrininin dönəmində “İnter” İtaliya çempionluğunu, iki dəfə isə UEFA Kubokunu (indiki Avropa Liqası) qazanıb.