Maskın gözünü kim göyərdib?


Dünyanın ən varlı adamı İlon Mask ABŞ Prezidenti Donald Trampla mətbuat konfransında diqqət çəkib.
Yeniavaz.com
xəbər verir ki, Tramp ikinci müddətinin ilk dörd ayında əldə etdiyi nailiyyətlər barədə hesabat verməklə başlayıb, lakin jurnalistlərin və ictimaiyyətin diqqəti daha çox Maska yönəlib.
Mask Oval Ofisdəki görüşü üçün ekstravaqant imic seçib: DOGE yazısı olan beysbol papağı və “Xaç atası” filminin loqosu üslubunda hazırlanmış “Dogefather” yazısı olan köynək.
Lakin əsas müzakirə mövzusu milyarderin geyimi deyil, sağ gözünün altındakı qancır olub.
Sosial media istifadəçiləri, xüsusən də Maskın sahibi olduğu “X” platformasında dərhal fərziyyələr etməyə başladılar. Bu mesajların əksəriyyətinə süni intellekt botu “Grok” tərəfindən avtomatik cavab verilib “30 may 2025-ci il tarixinə İlon Maskın qançır olması ilə bağlı təsdiqlənmiş məlumat yoxdur”. Bununla belə, mətbuat konfransında jurnalistlərdən biri Maska onun görünüşü ilə bağlı sual verib. Sahibkar ilk olaraq mayın 25-də Fransa Prezidenti Emmanuel Makron yoldaşı Bricitə şillə vurduqdan sonra qalmaqalın mərkəzində qaldığı hadisəyə eyham vuraraq, “Fransada olmadığına” dair zarafat edib. Mask daha sonra oğlu ilə oynayarkən xəsarət aldığını bildirib:
“Mən balaca “X” ilə gəzirdim (o, beş yaşlı oğlu X Æ A-12-ni belə adlandırır) və mən dedim ki, gəl, üzümə vur, o da vurdu. O zaman çox hiss etmədim, amma güman edirəm ki, qançır yaranıb”.

DİGƏR XƏBƏRLƏR

Top