“Ukraynadan əvvəllər avtoritarizm qoxusu gəlirdi, indi iy verir” – Kliçko


Kiyev meri Vitali Kliçko Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisini tənqid edib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “The Times” qəzetinə müsahibəsində bildirib.
“Bu, müharibə adı altında demokratik prinsiplərin və institutların kökünün kəsilməsidir. Mən bir dəfə demişdim ki, ölkəmizdən avtoritarizm iyi gəlir. İndi oradan üfunət iyi gəlir”, - Kliçko bildirib.
Nəşr Zelenski ilə Kliçko arasındakı münaqişəni təfərrüatı ilə təsvir edir və qeyd edir ki, siyasətçilər hazırda faktiki olaraq müharibə vəziyyətindədirlər.
“The Times” Ukraynanın Milli Antikorrupsiya Bürosunun “Təmiz Şəhər” adlı genişmiqyaslı əməliyyatını xatırladır ki, onun məqsədi şəhər hökumətində torpaq korrupsiyası ilə məşğul olan cinayətkar təşkilatı ifşa etməkdir. Nəşrin məlumatına görə, Kliçkonun tabeliyində olan 7 nəfər saxlanılıb.
Öz növbəsində Kliçko Zelenskini seçilmiş merlərin səlahiyyətlərini almaq üçün ölkə daxilində hərbi idarələrdən istifadə etməkdə ittiham edir:
“Bir çox merləri qorxudurlar, amma mənim məşhur statusum məni qoruyur. Çerniqov merini işdən çıxara bilərsiniz, amma bütün dünyaya tanınan paytaxt merini işdən çıxarmaq çox çətindir. Ona görə də mənim nüfuzumu ləkələmək və məhv etmək üçün hər şey edilir”.
Qeyd edək ki, Zelenski və Kliçko dəfələrlə, o cümlədən Rusiya ordusunun genişmiqyaslı işğalından əvvəl münaqişələr yaşayıblar. Ukrayna prezidenti Kiyev hakimiyyətini korrupsiyada ittiham edib.

DİGƏR XƏBƏRLƏR

Top