Sabahdan bu telefonlarda “WhatsApp” işləməyəcək


2025-ci il iyunun 1-dən etibarən “WhatsApp” messencerinin milyonlarla cihazda fəaliyyəti dayandırılacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “9to5Mac” portalı məlumat yayıb.
Məlumata görə, iyunun 1-dən etibarən “WhatsApp” iOS 15.1 və Android 5.1 və daha yuxarı versiyalarla işləyən cihazlarda işləməyəcək.
Android üçün bu qərar yüzlərlə modelə təsir edəcək. iOS üçün isə “iPhone 5s”, “iPhone 6” və “iPhone 6 Plus” “WhatsApp” dəstəyini itirəcək.
Sadalanan smartfonlar öz aktuallıqlarını itirsələr də, hələ də milyonlarla insan tərəfindən istifadə olunurlar.
Köhnə cihazların sahiblərinə mümkün olduqda əməliyyat sistemlərini yeniləmələri tövsiyə olunur. Əgər messencerdən istifadəyə davam etmək vacibdirsə və üstəlik, yeniləmə mümkün deyilsə, cihazınızı daha müasir birinə dəyişməlisiniz.

DİGƏR XƏBƏRLƏR

Top