
ABŞ-nin keçmiş prezidenti Co Bayden xərçəng xəstəliyinin müalicəsinə başladığını, o cümlədən bir dərman qəbul etdiyini bidirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Keçmiş prezidentin sözlərinə görə, xərçəng digər orqanlara təsir etməyib.
Ağ Evin keçmiş rəhbəri vurğulayıb ki, o, xərçəng xəstəliyinə qalib gəlmiş məşhur cərrahın nəzarəti altındadır.
Bayden əlavə edib ki, müalicə 6 həftə ərzində bir dərmanın qəbulunu nəzərdə tutur, daha sonra isə başqa dərman qəbul etməyə başlayacaq.
Qeyd edək ki, bir müddət əvvəl 82 yaşlı Co Baydenə prostat xərçəngi diaqnozu qoyulmuşdu.