Goranboyda minaya düşən 45 yaşlı kişinin vəziyyəti açıqlandı – Yenilənib


Mayın 31-i saat 13:30 radələrində minaya düşməsi səbəbi ilə 1980-ci il təvəllüdlü (kişi cinsli) şəxs Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, şəxsə sol ayaq pəncəsinin travmatik amputasiyası diaqnozu təyin edilib:
“Hazırda pasiyentin müalicəsi xəstəxananın Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir”


***14:38
Goranboyda 45 yaşlı kişi minaya düşüb.
Yeniavaz.com
xəbər verir ki, hadisə rayonun Qaraçinar kəndi ərazisində, Baranbat meşəsi ərazisində qeydə alınıb.
Belə ki, Kəlbəcər rayon sakini, 1980-ci il təvəllüdlü Qalib Kamran oğlu Abbasov mina partlayışı nəticəsində ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Onun mal-qara otaran zaman minaya düşdüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top