Tramp Maska Ağ Evin açarını verdi


ABŞ Prezidenti Donald Tramp İlon Maska Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri kimi xidmətlərinə görə Ağ Evin qızıl açarını təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, Tramp bu xüsusi hədiyyəni xüsusi insanlara təqdim etdiyini bildirərək, işində böyük qızıl açarı olan taxta qutunu Maska təqdim edib.
Mask hədiyyəni heyrətamiz adlandırıb və dövlət başçısına təşəkkür edib.
Mətbuat konfransı zamanı Tramp dəfələrlə iş adamına gördüyü işlərə görə təşəkkür edib və zaman-zaman onun məsləhət və tövsiyələrini dinləyəcəyini açıqlayıb. 
Jurnalistin prezidentə məsləhətlərini davam etdirib-etdirməyəcəyi ilə bağlı sualına milyarder müsbət cavab verib. Mask dövlət xidmətini başa vurduqdan sonra dövlət başçısının dostu və məsləhətçisi olaraq qalacağını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top