
Xəbər verdiyimiz kimi, Muay Tay Federasiyasının prezidenti Araz Musayev Türkiyədə bıçaqlanıb.
Yeniavaz.com “Haber Türk”ə istinadən xəbər verir ki, hücum ilə bağlı 5 nəfər şübhəli bilinir.
Bildirilib ki, Kəmər bölgəsində baş verən hadisəyə görə saxlanılanların üçü özbəkistanlı, ikisi isə azərbaycanlıdır.
Qeyd olunub ki, hadisədən sonra qaçan şəxslər Antalya hava limanında saxlanılıb. Şühbəlilər qaçmazdan əvvəl şəhər mərkəzində bərbərə gedərək imiclərini və paltarlarını dəyişiblər.
Həmçinin məlumatda deyilir ki, şübhəli şəxslərdən biri hadisə axşamı Rusiya qaçıb. Lakin Rusiyada hava limanında saxlanılıb, onun Türkiyəyə ekstradisiyası gözlənilir.
Telekanal qeyd edir ki, saxlanılan şəxslərdən biri millinin baş məşqçisidir. “Teleqraf”ın məlumatına görə, söhbət Azərbaycanın kikboksinq üzrə milli komandasının baş məşqçisi Elşən Abdulrəhimovdan gedir.