
Azərbaycanın minifutbol millisi Bakıda keçirilən dünya çempionatında finala yüksəlib.
Yeniavaz.com xəbər verir ki, millimiz yarımfinalda Monteneqro ilə üz-üzə gəlib.
Görüş 2:1 hesabı ilə başa çatıb.
Elşad Quliyevin rəhbərlik etdiyi kollektivin heyətində Ağaseyid Qasımov (23-cü dəqiqə) və Ramiz Çovdarov (44-cü dəqiqə) fərqləniblər.
Millimiz finalda Macarıstan - Serbiya cütünün qalibi ilə qarşılaşacaq.