Mask Trampın müşaviri olmağa davam edəcək


“İlon Mask, Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) kuratoru vəzifəsini tərk etdikdən sonra ABŞ Prezidenti Donald Trampın məsləhətçisi olmağa davam edəcək”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti J.D.Vens “Newsmax” telekanalına müsahibəsində bildirib.
“İlonun hakimiyyətdə erası bitdi” kimi başlıqlar yazan mətbuatın səyləri tamamilə həqiqətə uyğun deyil. Aydındır ki, onun bir işi var, şirkətlərini idarə etmək üçün bu işə qayıtmalıdır, lakin DOGE səyləri davam edəcək, İlon mühüm məsləhətçi olaraq qalmağa davam edəcək - mənim və prezidentin”, - siyasətçi bildirib.
Vens Maskın gördüyü işləri inanılmaz adlandırıb, çünki onun sözlərinə görə, sahibkar qısa müddət ərzində 170 milyard dollardan çox lüzumsuz xərcləri müəyyən edə bilib:
“Hökumətin daha səmərəli olması, dövlət vəsaitlərinin əsassız xərclənməsinin qarşısının alınması istiqamətində işlər davam etdirilməlidir”.

DİGƏR XƏBƏRLƏR

Top