
“Bakı Metropoliteni” QSC-nin aparat rəhbərinin vəzifəsindən azad olunduğu bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Qaynarinfo” məlumat yayıb.
Bildirilir ki, QSC sədri Vüsal Aslanovun müvafiq əmri ilə aparat rəhbəri Tərlan Dadaşov işdən çıxarılıb.
Qeyd olunur ki, bir müddət əvvəl T. Dadaşov işdən çıxmaq üçün V. Aslanova ərizə ilə müraciət edib və o, məzuniyyətə göndərilmişdi.