Gürcüstanda müxalifət lideri həbs edildi


Tbilisi şəhər məhkəməsi “Dəyişiklik naminə Koalisiya”nın lideri Nika Meliyanı həbs cəzasına məhkum edib.
Yeniavaz.com
xəbər verir ki, hakim Nika Meliya barəsində girov müqabilində azadlığa buraxılması qərarını həbs-qətimkan tədbiri ilə əvəz edib.
Qeyd edək ki, Nika Meliaya qarşı parlament komissiyasına gəlmədiyi və verilən girovu ödəmədiyi üçün cinayət işi açılıb.
Xatırladaq ki, Nika Melia dünən polis tərəfindən saxlanılıb. O, Lisye gölünə qalxan yerdə avtomobildə saxlanılıb. Gürcüstan Daxili İşlər Nazirliyi Nika Meliyanı hüquq-mühafizə orqanının əməkdaşını təhqir etdiyinə görə saxladığını bildirib.
Melia İrakli Okruaşvili və Zura Girçi Caparidzedən sonra Tea Tsulukianinin rəhbərlik etdiyi parlament komissiyasına gəlmədiyi üçün həbs cəzasına məhkum edilən üçüncü siyasətçidir.

DİGƏR XƏBƏRLƏR

Top