Mask Marsa “humanoid”lərin göndəriləcəyi vaxtı açıqladı


İlon Maskın “SpaceX” korporasiyası Marsa “Optimus” insanabənzər robotlarını göndərməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, Mask bu barədə “SpaceX” korporasiyasının təqdimat mərasimində bildirib.
Amerikalı sahibkar Marsa ilk “Starship” raketlərinin göndərilməsi üçün vaxt çərçivəsini də açıqlayıb.
Korporasiya 2026-cı ildə beş eniş modulunu işə salmaq niyyətindədir.
Bu modullarda “Optimus” robotlarından planeti kəşf etmək üçün ilk missiyaların bir hissəsi kimi istifadə olunacaq.
Maskın sözlərinə görə, hər kosmik gəmidə ekipajı təqlid edəcək bir neçə robot olacaq.
“SpaceX” rəhbəri qeyd edib ki, 2026-cı ildə ilk “Starship” gəmilərinin buraxılması Yerlə Mars arasındakı məsafənin ən qısa olacağı dövrə təsadüf edəcək.
Uçuş yeddi-doqquz ay arasında davam edəcək.
“Starship”in Mars versiyasında doqquz yeni nəsil “Raptor 3” mühərriki olacaq.
Maskın sözlərinə görə, bu mühərrik Mars missiyası üçün daha etibarlı olacaq. Belə ki, sızma baş verərsə, yanacaq gəmi üçün heç bir təhülkə törətmədən kosmosa düşəcək.
Mask Marsda koloniya yaratmaq üçün hər iki ildən bir 1000-2000 gəmi buraxmağı hədəfləyir.

DİGƏR XƏBƏRLƏR

Top