Kreml Putin-Zelenski-Tramp görüşü üçün şərti açıqlayıb


Rusiya Prezidenti Vladimir Putin, Ukrayna Prezidenti Volodimir Zelenski və Amerika lideri Donald Tramp arasında Ukrayna nizamlanması üzrə birbaşa danışıqlar yalnız Rusiya və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqlarda nəticə əldə edildikdən sonra baş tuta bilər.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.
“Putin dəfələrlə bildirib ki, o, prinsipial olaraq ən yüksək səviyyədə təmasların tərəfdarıdır, təbii ki, onlara tələbat var, lakin buna hazır olmaq lazımdır və ilk növbədə iki ölkənin nümayəndə heyətləri arasında birbaşa danışıqlarda nəticə əldə edilməlidir. Əgər belə bir nəticə əldə olunarsa və o, nə vaxt əldə olunarsa, o zaman, əlbəttə ki, ən yüksək səviyyədə təmaslardan danışmaq olar”, - Peskov bildirib.

DİGƏR XƏBƏRLƏR

Top