Maradonanın ölüm işi yenidən açılacaq


Əfsanəvi futbolçu Dieqo Maradonanın ölümü ilə bağlı məhkəmə prosesi hakim Xulieta Makintaçın vəzifəsindən kənarlaşdırılmasından sonra etibarsız elan edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “La Nacion” qəzeti məlumat yayıb.
“Məhkəmə bütün tərəfləri dinlədikdən sonra məhkəmə prosesinin etibarsız sayılması barədə qərarını elan edir”, - deyə məhkəmənin sədri Maksimiliano Savarino bildirib.
Onun sözlərinə görə, məhkəmə prosesi yeni hakimlərlə yenidən başlayacaq.
Nəşrin məlumatına görə, hakim Xulieta Makintaç futbolçu haqqında sənədli filmin çəkilişində əli olduğu üzə çıxdıqdan sonra vəzifəsindən kənarlaşdırılıb. Belə ki, hakim sənədli film hazırlayan çəkiliş qrupunun dinləmələrdə iştirak etməsinə icazə verib. Nəticədə, Maradona məhkəməsindən digər iştirakçılar tərəfindən razılaşdırılmayan səhnələr yerli mediaya sızıb.
Qeyd edək ki, 60 yaşlı Maradona 2020-ci il noyabrın 25-də dünyasını dəyişib. Futbolçunun yarılması nəticəsində onun ölümünün qəfil olmadığı və vəziyyətinin xəstəxanaya yerləşdirilməsini tələb etdiyi məlum olub. Bunu Maradonanın ölümü ilə bağlı məhkəmə iclasında məhkəmə-tibb ekspertləri də təsdiq edib.
Argentina prokurorluğu səbəbin idmançının sağlamlığına cavabdeh olan bir neçə tibb işçisinin səhlənkarlığı olduğunu hesab edib. Onun kiçik oğlu Kiçik Dieqo Maradona da atasının öldürüldüyünə inanır.
Hazırda idmançının ölümünün rəsmi versiyası ürəyin dayanmasıdır.
Xatrladaq ki, Maradonanın ölümü ilə bağlı dinləmələr mart ayında başlayıb. 2022-ci ilin iyununda Baş Prokurorluq səkkiz tibb işçisinə qarşı qəsdən adam öldürmə ittihamı irəli sürüb. Onları səkkiz ildən 25 ilə qədər həbs gözləyir.

DİGƏR XƏBƏRLƏR

Top