Paşinyanla kilsə nümayəndələri arasında nə baş verir?


Mayın 30-da səhər saatlarında Ermənistanın Baş naziri Nikol Paşinyan və onun həyat yoldaşı Anna Akopyanın “Facebook” səhifələrində Erməni Apostol Kilsəsinin nümayəndələrinə ünvanlanan sərt ifadələr yer alıb.
Yeniavaz.com
xəbər verir ki, Ermənistan baş nazirinin səhifəsində bu mövzuda artıq beş yazı var.
Onlardan birində Paşinyan ruhaniləri “onu rahat buraxmağa” çağırır, digərində Ermənistanda neçə yepiskopun “subaylıq andı”na sadiq olduğunu soruşur.
Paşinyanı həyat yoldaşı da dəstəkləyib və o, öz səhifəsindəki paylaşımlarında ruhaniləri də müxtəlif günahlarda ittiham edib.
Ermənistan hökuməti Paşinyanın səhifəsində kilsə ilə bağlı deyilənlərə münasibət bildirməyib.
Qeyd edək ki, Erməni Apostol Kilsəsinin nümayəndələri vaxtaşırı hökumətin siyasətini və Nikol Paşinyanı tənqid edirlər.

DİGƏR XƏBƏRLƏR

Top