Di Mariya “Rozario Sentral”a qayıtdı


Dünya çempionu, 37 yaşlı argentinalı yarımmüdafiəçi Anxel Di Mariya Argentina “Rozario Sentral” klubuna qayıdıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Di Mariya “Rozario Sentral” klubunun yetirməsidir. O, 2006-2007-ci illərdə əsas komandada çıxış edib, 39 matçda 6 qol vurub, 2 məhsuldar ötürmə edib.
Di Mariyanın son klubu Portuqaliyanın “Benfika” klubu olub. Bundan başqa o, “Real Madrid”, “Mançester Yunayted”, PSJ və “Yuventus” kimi klublarda çıxış edib.

DİGƏR XƏBƏRLƏR

Top