Ceki Çan qara kəmər aldı


Məşhur aktyor Ceki Çan karate üzrə qara kəmərin fəxri sahibi olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dünya Karate Federasiyasının (WKF) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, mükafatlandırma mərasimi Nyu-Yorkda “The Karate Kid: Legends” filminin premyerasında baş tutub.
Ceki Çan qara kəməri federasiyanın baş katibi Toşixisa Naquradan alıb.
Qeyd edək ki, 2017-ci ildə aktyor “Oskar” mükafatını alıb. Ceki Çan Çində daha çox Çen Lun adı ilə tanınır. O, tayvanlı aktrisa Lin Fentszyao ilə evlidir. Onların Çan Tszumin adlı bir oğulları da var. Çan Tszumin həm aktyor, həm də müğənni kimi məşhurdur və daha çox Ceysi Çan adı ilə tanınır.

DİGƏR XƏBƏRLƏR

Top