Pakistan və Əfqanıstan arasında hərbi toqquşma baş verdi

hindistan pakistanın 600 pua-sını zərərsizləşdirdiyini iddia edir
Əfqanıstanın Hilmənd əyalətində Pakistan hərbçiləri ilə Taliban arasında silahlı toqquşma baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Bildirilib ki, münaqişə Pakistanda nəzarət-buraxılış məntəqəsinin tikintisi fonunda yaranıb. Digər təfərrüatlar verilməyib.
Xatırladaq ki, Hindistan-Pakistan münasibətləri aprelin 22-də Pahalqamda (Hindistan birliyinin Cammu və Kəşmir ərazisi) terror aktından sonra pisləşib. Mayın 7-nə keçən gecə Hindistan Silahlı Qüvvələri Pakistan və Pakistanın nəzarətində olan Kəşmirdə terrorçularla əlaqəli doqquz hədəfi vuraraq “Sindur” əməliyyatına başlayıb. Pakistan cavab zərbəsi endirib. Mayın 10-da tərəflər atəşkəs barədə razılığa gəlib və sərhəddə qoşunların sayının azaldılması imkanlarını nəzərdən keçiriblər.

DİGƏR XƏBƏRLƏR

Top