“HƏMAS və İsrail 60 günlük atəşkəslə razılaşdı” – KİV


“Fələstinin HƏMAS hərəkatı və İsrail Qəzza zolağında 60 günlük atəşkəs barədə razılığa gəliblər”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Bildirilib ki, artıq ABŞ prezidentinin elçisi Stiven Uitkoffa münaqişə tərəflərinin onun təklif etdiyi saziş layihəsini təsdiqlədiyi barədə məlumat verilib. ABŞ Prezidenti Donald Trampın yaxın bir neçə saat ərzində razılaşmanı açıqlayacağı gözlənilir.
HƏMAS-a yaxın olan “Qüds” portalı öz növbəsində hərəkatdakı mənbəyə istinadən iddia edir ki, qruplaşma hələ də Uitkoffun Qəzza ilə bağlı təklifini araşdırır və razılığın əldə olunması ilə bağlı bütün KİV-də yayılan məlumatlar həqiqətə uyğun deyil. HƏMAS hələlik bu məlumatı şərh etməyib.

DİGƏR XƏBƏRLƏR

Top