“İsrail ABŞ-nin atəşkəs təklifini qəbul etməyə hazırdır” – Netanyahu


İsrailin Baş naziri Benyamin Netanyahu girovların ailələrinə bildirib ki, o, Qəzza zolağında ABŞ-nin təklif etdiyi atəşkəs razılaşmasını qəbul etməyə hazırdır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Yediot Ahronot” məlumat yayıb.
Eyni zamanda yüksək rütbəli İsrail mənbələri bildiriblər ki, HƏMAS sözləşmə ilə razılaşmaya bilər, çünki ona əsasən, İsrail yalnız bir müddətlik atəşi dayandıracaq.
“Axios”un jurnalisti Barak Ravidin sözlərinə görə, bu müddət 60 gündür. HƏMAS bundan sonra İsrailin mart ayında olduğu kimi Qəzzada hərbi əməliyyatları bərpa edə biləcəyindən ehtiyat edir.
Eyni zamanda, Ravidin mənbələri bildirir ki, HƏMAS liderləri hələ də planı rədd etməyib, sadəcə onun məzmunundan “məyusluq” ifadə ediblər.

DİGƏR XƏBƏRLƏR

Top