Döyülən uşağın atası: “Evimə gəlib pul təklif etdilər” – Video


Xəbər verdiyimiz kimi, Lənkəran şəhərində yerləşən “Kaspi kids” məktəbəqədər hazırlıq kursunda müəllimin azyaşlıya qarşı fiziki zorakılığını əks etdirən kadrlar yayılıb.
Yeniavaz.com
cenublu.az-a istinadən xəbər verir ki, uşağın atası açıqlama verib.
Azyaşlının atası Fuad Hüseynov bildirib ki, uşağın müəlliməsi özü təsdiqləyib ki, o, uşağı vurub:
“Onlar hadisədən sonra evimə gəliblər. 950 manat gətiriblər. Təklif ediblər ki, uşağın aylıq ödənişidir və onu geri qaytarırıq. Sonra yalan məlumat yaydılar ki, guya mən uşağı pulsuz oxutdurmuşam. Mən istəyirəm ki, hadisəyə hüquqi qiymət verilsin”.

DİGƏR XƏBƏRLƏR

Top