
Lənkəran şəhərində yerləşən “Kaspi kids” məktəbəqədər hazırlıq kursunda müəllimin azyaşlıya qarşı fiziki zorakılığını əks etdirən kadrlar yayılıb.
Yeniavaz.com “Cenublu.az”a istinadən xəbər verir ki, kadrlarda müəllimin digər azyaşlınının əlindəki su qabı ilə azyaşlığını vurması əks olunub.
Bundan sonra azyaşlı ağlama başlayır. Məlumata görə, hadisə nəticəsində uşaq baş nahiyəsindən xəsarət alıb.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hazırda məsələ ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır:
“Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizadan keçirilməsi təmin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.
Qeyd edək ki, “Kaspi” təhsil şirkətinin tabeliyində fəaliyyət göstərən “Kaspi kids” uşaq bağçaları Prezident Administrasiyasının ləğv olunan İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənоvun həyat yoldaşı Sona Vəliyevaya məxsusdur.