“Çin Ukraynaya PUA satışını dayandırır, Rusiyaya tədarükünü artırır” – “Bloomberg”


Çin Ukrayna və Avropa ölkələrinə pilotsuz təyyarələrin satışını dayandırsa da, Rusiyaya satmağa davam edib.
Yeniavaz.com
xəbər verir ki, “Bloomberg” bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqlamalarına və öz mənbələrinə istinadən məlumat yayıb.
“Çinin “Mavic”i ruslar üçün açıqdır, lakin ukraynalılar üçün bağlıdır. Rusiya ərazisində Çin nümayəndələrinin olduğu istehsal xətləri var”, - Zelenski bildirib.
Nəşrə danışan bir avropalı rəsminin sözlərinə görə, Zelenskinin dedikləri Aİ-nin qiymətləndirmələrinə uyğundur. Onun sözlərinə görə, Çin Rusiyaya tədarükünü artırarkən bəzi dron komponentlərinin Qərb alıcılarına (məsələn, dron mühərriklərində istifadə olunan maqnitlər) tədarükünü azaldıb.
Pekin hər iki tərəfə silah tədarük etdiyini inkar edir və hərbi məqsədlər üçün istifadə oluna bilən ikili təyinatlı malların ixracına nəzarət etdiyini bildirir.
“Çinin Ukrayna ilə bağlı mövqeyi ardıcıl və aydındır: biz müharibəyə son qoymağa və sülh danışıqlarını təşviq etməyə sadiqik”, - Çin Xarici İşlər Nazirliyi nəşrə açıqlamasında bildirib.

DİGƏR XƏBƏRLƏR

Top