Abxaziyada Azərbaycan və Türkiyə vətəndaşları saxlanıldı


Qondarma Abxaziya respublikasında Azərbaycan və Türkiyə vətəndaşları saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Exo Kavkaza” Abxaziyanın “Dövlət Təhlükəsizliyi Xidməti”nə (DTX) istinadən məlumat yayıb.
Bildirilib ki, “Xidmət” Rusiya FTX-nin Sərhəd Departamenti ilə birlikdə “dövlət” sərhədini qanunsuz keçmək üçün kanal aşkar edərək, iki qrup xarici vətəndaşı saxlayıb:
“Bir qrupa iki Türkiyə vətəndaşı daxildir: Türkiyədə əvvəllər sifarişli qətl törətdiyinə görə İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş 1997-ci il təvəllüdlü Səlcuq Güren və qətl və narkotik maddələrin yayılmasına görə axtarışda olan 2001-ci il təvəllüdlü Doğan Bersan.
Mayın 26-da ikinci qrup saxlanıldı: Azərbaycan vətəndaşları 1974-cü il təvəllüdlü Əzizov Həsən Etibar oğlu və 1990-cı il təvəllüdlü Təhməzli Namaz Təhməz oğlu.
Qondarma qurumun məlumatına görə, onlar Gürcüstanda cinayət məsuliyyətindən yayınmaq üçün Abxaziyada gizlənməyə cəhd ediblər. Saxlanılan şəxslərə qarşı Cinayət Məcəlləsinin 324-cü maddəsinin 2-ci hissəsi (qabaqcadan razılıq əsasında bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən dövlət sərhədini qanunsuz keçmə - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma) ilə cinayət işləri başlanıb.

DİGƏR XƏBƏRLƏR

Top