Azərbaycan peykinin xidmətlərindən hansı ölkələr istifadə edir? – Siyahı


Bu ilin yanvar-aprel aylarında Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 40 ölkəsinə 5,6 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.
Yeniavaz.com
xəbər verir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65%-ni təşkil edib.
Bu ilin aprel ayında isə “Azərkosmos” dünyanın 38 ölkəsinə 1,6 milyon dollar dəyərində xidmət ixrac edib.
Bu ilin yanvar-aprel ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 1,5 milyon dollar ilə Birləşmiş Krallıq, 1,2 milyon dollar ilə Lüksemburq, 255 min dollar ilə Nigeriya, 238,6 min  dollar ilə Misir və 238,5 min dollar ilə Türkiyə qərarlaşıb.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top