
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında yeni telefon danışığı planlaşdırılmır.
Yeniavaz.com xəbər verir ki, bunu brifinqdə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-ın sualını cavablandırarkən deyib.
“Hələ belə planlar yoxdur”, - Kreml sözçüsü Ukraynanın Rusiyadakı mülki hədəflərə misli görünməmiş pilotsuz təyyarə hücumları və İstanbulda danışıqların yeni raundu ərəfəsində iki lider arasında yeni telefon danışığının planlaşdırılıb-planlaşdırılmadığı ilə bağlı suala cavab verib.
Qeyd edək ki, mayın 19-da Putinlə Trampın ilin əvvəlindən bəri üçüncü telefon danışığı olub. Görüş zamanı iki ölkə liderləri ikitərəfli münasibətləri və Ukrayna nizamlanması, xüsusən də atəşkəs şərtləri ilə bağlı tərəflərin fikirlərini əks etdirən Moskva və Kiyev arasında memorandumlar ideyasını müzakirə ediblər.
Bundan əvvəl Rusiya və ABŞ prezidentləri fevralın 12-də və martın 18-də danışıblar. Onlar Moskva ilə Vaşinqton arasında münasibətlərin normallaşmasına, Ukraynada nizamlanmanın müxtəlif aspektlərinə də toxunublar.