
Fransa millisinin hücumçusu Kilian Mbappe “Real Madrid”in 2024/2025 mövsümünün ən yaxşı futbolçusu seçilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.
“Bu, mənim üçün böyük şərəfdir. Mən komandaya gələndə yeni ölkəyə, yeni dilə və yeni mədəniyyətə uyğunlaşmalı oldum. İndi özümü əla hiss edirəm və bu, meydanda özünü göstərir”, - Mbappe deyib.
Forvard “Real”ın heyətində bütün turnirlərdə 56 oyun keçirib və 43 qol vurub.
Qeyd edək ki, iyunun 3-də Mbappe ilə “Real Madrid” arasında müqavilənin imzalanması rəsmən açıqlanıb.
Hücumçu İspaniya nəhənginə azad agent kimi keçib. Bundan əvvəl forvard 2017-ci ildən çıxış etdiyi Fransa PSJ-sində çıxış edib.