Aytənin köməyə ehtiyacı var – Fotolar


On yaşlı Qurbanova Aytən Şirin qızı anadangəlmə bud-çanaq oynağının hər iki tərəfli çıxığı xəstəliyindən əziyyət çəkir.
Bu barədə Yeniavaz.com-a onun anası Yusifova Ülviyyə Sədaqət qızı məlumat verib.
O bildirib ki, Aytən artıq 3 dəfə əmliyyat olunub:
“Qızımın 9 yaşı var və anadangəlmə bud-çanaq oynağının hər iki tərəfli çıxığı xəstəsidir. Belində lordoz xəstəliyi (anadangəlmə və ya sonradan qazanılmış onurğa əyriliyi, onurğa sütununda bel və omba hissədə olan önə əyrilik. Bu əyriliklər beli şaquli vəziyyətdə tutur, yeriyən, qaçan və tullanan zaman narahatlıq yaradır - red.) var. Bu günə kimi 3 dəfə ağır əməliyyat keçirib hər iki çanağında implant və mil var. Davamlı olaraq reabilitasiya olunur. Yenidən əməliyyat olunub çanaqlarında olan implantlar və millər çıxarılmalıdır. Əməliyyat üçün 5 min manata ehtiyacımız var. Bakı şəhəri Hövsan kəndində kirayədə yaşayırıq. Özüm şadlıq saraylarında 20 manata qab yuyuram. Xahiş edirəm, Allah xatirinə, mənim qızıma kömək edin”.
Ülviyyə Yusifova qızının sağlamlığına qovuşması üçün köməyə ehtiyacları olduğunu bildirir.

Kapital Bank: 4169 7388 1605 2538
Ailə ilə əlaqə: 051 866 99 00




DİGƏR XƏBƏRLƏR

Top